|
Tür: Herkeze Açık
Kuruluş: Apr 7, 2008
Üyeler: 109
Görüntülenme: 1980
Ülke: Baku , Azerbaycan
|
Grup Kurucusu:
|
HOCALI SOYKIRIMI
TÜM DÜNYANIN BUNLARI GÖRÜP BİLMESİNİ İSTİYORUM. ŞU GÖRÜNTÜLERİ HER DEFA İZLEDİKCE TÜYLERİM ÜRPERİYOR. BİR İNSAN BUNU NASIL YAPA BİLİR? ALLAHIM BU İNSANLARI BU HALE KOYANLARIN TEZ BİR ZAMANDA CEZALARINI VERİR İNŞALLAH!
XOCALI FACİƏSİ...
Fefralın 25-dən 26-na keçən günü Azərbaycan vətəndaşları öz yeni tarixində ən faciəlı, dəhşətli günlərindən birini – Xocalı faciəsini qeyd edirlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatistləri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakilə Qarabağın azərbaycanlılar yaşayan Xocalı yaşayış məntəqəsini zəbt etdilər. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin «müdafiə naziri»dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. («Xocalının işğalına dair istintaq materiallarından») Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olundu. Yerli camaatın məhv edilməsi bir neçə gün davam etdi. Vəhşiləşmiş işğalçılar hətda əsir düşmüş insanları qətlə yetirirdilər.
Veshiliyin heddi-hududu olmazmish.Ilahi ?!
Vehshilerden qeddar olan bir varliga ne ad vermek olar ,Yareb?
Hadise texire salinmadan fevral ayinin 25-den 26-na kechen gece saat 12 de bashladi. Erməni hərbi quldurlari, Xankəndində olan keçmiş SSSR-i 366-ci motoatici polkunun agir texnikasi ve şəxsi heyətinin köməkliyi sayesində şəhərin dinç sakinlerine qarşi amasiz qirgin törətdiler.
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın «Memorial» hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Eli yalin camaat hardan bileydi ki hemin gece onlar vehsi qurdlarla qarshilasacaqlar.Hec vehshi canavar bele elemir balaca usaq gorende onu goturb oz yuvasinda o biri balalarindan ferq qoymadan saxlayir besleyir.
Gorun bu nece insaflisiz dir ki bu alcaq digalar korpelerin bedenini sunguye kechirib yandirmishlar .Bele vehshilik neyin ki rus-nemes muharibesinde hettda dunyada bele olmayib . İnsanlar xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.
613 adam öldurulüb, onlardan 63-ü uşaq, 106-si qadin, yaşlilar -70 nəfer.
8 ailə təmamilə məfv edilib.
25 uşaq her 2 valideynini itirib.
130 uşaq bir valideynindən məhrum olub.
487 adam yaralanib, onlardan 76-si uşaq.
1275 insan ermeni cəlladlarina əsir düşüb.
150 nəfər insanın taleyi hələ də məlum deyil....
ERMƏNİ VƏHŞİLİKLƏRİ:
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş-onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.
Aşağıda bu faktların bir qismi göstərilir:
Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni �həkimləri� tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst olmuşdur.
Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni �həkimi� Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olmuşdur.
Anası Afət Mirzəyevanı və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələyərkən Babək İlyasov cəmi yeddi aylıq imiş. Qəlpələr Babəkin sağ gözünü yaralamış, lakin buna baxmayaraq ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra və həm də müalicə etmədən qaytarmışlar. Hazırda Babəkin bir gözü kordur.
Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə 4 mln rus publuna ailəsinə satmışlar.
Zəminə Göyüş qızı Dadaşova ermənilər tərəfindən girov götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən çirk eləmiş və onun bədənində çürümə prosesi getmişdir. Hazırda Zəminənin sol qolu işləmir. Girov götürülən zaman isə ermənilər onun atası Göyüş Dadaşovu və yaşlı nənəsi Qönçə İbadovanı yerindəcə güllələmişlər.
Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr vermiş, mismar kəlbətini ilə onun 16 dişini çıxarmışlar.
Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə çəkilmişdir. O, altı ay davamlı işgəncələrə məruz qalmışdır.
Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Biniş Rəsul qızı Məmmədova və 69 yaşlı Sara Miriş qızı İsmayılova girov götürülüb Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər.
Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyidi gördüyünü bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərlərinin sonrakı taleyindən isə bu günədək məlumat yoxdur.
1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.
Erməni hərbçiləri Füzuli rayonundan girov götürdükləri Mürvət Fətiş oğlu Ağayevi döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının altında ocaq qalayaraq yandırmışlar.
Hərbi əsirlər - Novruz Məhəmməd oğlu Daşdəmirov, Namiq Cavanşir oğlu Qarayev mütəmadi döyülmə, bədənlərinə qızdırılmış cismlərlə dağ basılma və başlarına mismar çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılmışlar.
Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilmişdir.
Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.
Mayıl Məhəmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdır.
Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Cavid Ağa oğlu Hüseynovun çənəsi və qabırğaları sınmışdır. Ermənilər dəmir parçası ilə Cavidin qoluna damğa basmış və yarasının üzərinə kislota tökmüşlər.
Allah butun shehidlerimeze qeni-qeni rehmet elesin qebirleri nurla dolsun!.
Onlarin qani yerde qalmayacaq!!!
LÜTFEN, BU VAHŞİLİKLERİ YAPAN ERMENİNİN ARKASINDA OLMAYALIM. KARDEŞ ÜLKE DEĞİLMİYİZ? BİNLERCE TÜRKÜN TERRÖRLE MÜCADELEDE ŞEHİT VERİLMESİNE DEĞİL DE ERMENİ KİLSESİNİ TAMİR ETTİRENLERİN,SADECE BİR ERMENİNİN VURULMASINA TEPKİ GÖSTERENLERİN , "HEPİMİZ ERMENİYİZ" DİYENLERİN KARŞISINDA OLALIM. DİNİMİZİ,MİLLETİMİZİ PARÇALAMAK İSTEYENLERE NE KADAR GÜÇLÜ OLDUĞUMUZU GÖSTERELİM ARTİK!
|